22 Noyabr 2024 16:28

Gülbahar Şükürlü xəstəxanaya yerləşdirildi

Azadsöz.az xəbər verir ki, əməkdar artist Gülbahar Şükürlünün səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Xərçəngdən əziyyət çəkən qarmon ifaçısının həkimi “Elgizlə izlə” proqramında bildirib ki, G.Şükürlü hazırda reanimasiyadadır. Onun səhhətinin ağır olduğu, həkim nəzarətindədir. 

“Onun həm bəd, həm də xoşxassəli törəməsi var. Bir neçə ildir ki, Gülbahar xanım kimyaterapiya alır. Bir neçə gün əvvəl pisləşdiyi üçün xəstəxanaya gətirildi. Koma vəziyyətində idi, durumdan çıxarda bildik. Onkoloji xəstəliyi kəskinləşib. Hazırda huşu yerindədir, danışa, reaksiya verə bilir” deyə, həkim Zaur Ramixanov bildirib. 

Qeyd edək ki, beynində şiş aşkarlanan G.Şükürlü bir neçə il əvvəl əməmliyyat olunmuşdu. Bu yaxınlarda isə onun beynində yenidən törəmə aşkarlandığı bildirilib.

İstanbul trv istanbul travestileri