Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ədalət Dəmirovun şəhadətə qovuşmasının üçüncü ildönümüdür. Ədalət Nüsrət oğlu Dəmirov 2001-ci il 9 noyabrda Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olub.2008-ci ildə Göyçay rayonunun Aşağı Qaraməryəm kənd orta məktəbin 1-ci sinifinə gedib.
2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yola düşüb.10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edib.Müharibəyə də həmin hərbi hissədən yollanıb.
Ə.Dəmirov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən bir neçə gün sonra – oktyabr ayının 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə göndərilib.Füzuli, Cəbrayıl və Qubadlının azad olunmasında iştirak edib. Oktyabrın 22-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Nəşi sonradan müəyyən olunub. Noyabrın 2-də doğulduğu Aşağı Qaraməryəm kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Ədalət Dəmirov “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
https://youtu.be/z0bXJNl4FYs