27 İyul 2024 03:55

Hərbçilərin mənzil təminatına 35 milyon manat AYRILACAQ

“Azadsöz.az” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gələn il Azərbaycanda dövlət büdcəsindən kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 121,7 milyon manat ayrılması nəzərdə tutulur.

20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçulara mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılır.