Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iş Azadsöz.az xəbər verir k, Rusiya Dövlət Dumasının Sağ Qüvvələr İttifaqından keçmiş deputatı Boris Nadejdin “Vətəndaş Təşəbbüsü” partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.  Bu barədə Rusiya mətbuatı məlumat yayıb.  Bildirilir ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını açıqlayan ilk namizəd olub. “Vətəndaş təşəbbüsü” partiyasının siyasi şurasına namizədliyimi irəli sürmək üçün müraciət etmişəm”, – Nadejdin “Vedomosti”yə müsahibəsində deyib. Onun sözlərinə görə, partiyanın lideri Andrey Neçayev həmin xahişi qəbul edib və Nadejdinin namizədliyini təsdiqləyib.  “Bizim güclü filialları olan təxminən iyirmi rayonumuz var. İstənilən halda imzatoplama və təşviqat üçün eyni zamanda qərargahlar yaradılır”, – deyə o,  əlavə edib.  Namizədliyi irəli sürmək üçün 100 min imza toplamaq lazımdır. Onun sözlərinə görə, “Vətəndaş Təşəbbüsü” artıq 100 mindən çox əhalisi olan şəhərlərin siyahısını hazırlayıb. O, Qafqazda və yeni bölgələrdə imza toplaymayacağını vurğulayıb. Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Seçkiqabağı kampaniyanın 2023-cü ilin dekabrında başlanacağı gözlənilir. tirak etmək qərarını açıqlayan ilk namizəd olub.

“Vətəndaş təşəbbüsü” partiyasının siyasi şurasına namizədliyimi irəli sürmək üçün müraciət etmişəm”, – Nadejdin “Vedomosti”yə müsahibəsində deyib. Onun sözlərinə görə, partiyanın lideri Andrey Neçayev həmin xahişi qəbul edib və Nadejdinin namizədliyini təsdiqləyib. 

“Bizim güclü filialları olan təxminən iyirmi rayonumuz var. İstənilən halda imzatoplama və təşviqat üçün eyni zamanda qərargahlar yaradılır”, – deyə o,  əlavə edib. 

Namizədliyi irəli sürmək üçün 100 min imza toplamaq lazımdır. Onun sözlərinə görə, “Vətəndaş Təşəbbüsü” artıq 100 mindən çox əhalisi olan şəhərlərin siyahısını hazırlayıb. O, Qafqazda və yeni bölgələrdə imza toplaymayacağını vurğulayıb.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Seçkiqabağı kampaniyanın 2023-cü ilin dekabrında başlanacağı gözlənilir.