23 Noyabr 2024 08:43

Arif Hacılının oğlu həbs edildi

Azadsöz.az xəbər verir ki, Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib.

Bu barədə Arif Hacılı özü məlumat verib. Orxan Hacılı barəsində 48 saat müddətində şübhəli şəxs qismində saxlanılma tədbiri seçilib. 

Xatırladaq ki, Orxan Hacılı Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində qəza törədib. Onun qəzanı sərxoş halda törətdiyi, qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

İddialara görə, Orxan Hacılı hadisəni törədəndən sonra hadisə yerindən yayınıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul