27 İyul 2024 08:02

DYP-in istifadəsinə yeni avtomobillər verildi

Azadsöz.az xəbər verir ki, sosial şəbəkələrdə Dövlət Yol Polisinə aid yeni avtomobillərin fotoları yayılıb. Belə ki, “Volvo S90” modeli olan avtomobillər xidməti istifadəyə verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.

Qeyd edək ki, hazırda DYP-də BMW, “Mercedes”, “Hyundai” və “KİA”nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.