22 Noyabr 2024 21:10

“Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun şəhadətə qovuşmasının üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan “Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun üçüncü ildönümü  ilə əlaqədar anım mərasimi  Göyçay şəhər Şəhidlər Xiyabanında  şəhidin məzarı önündə qeyd olundu.

Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları,  şəhidimizin döyüş  yoldaşları,  rayon ictimaiyyətinin nümayəndələri,  Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi,  şəhid ailələri və  şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin məzarı önünə toplaşan mərasim iştirakçıları  xatirəsini ehtiramla yad ediblər, önünə gül dəstələri düzüblər.

Tədbirdə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr  diləyiblər. Vidadi Xəlilovun qısa və mənalı ömür  yolundan , dövlət  tərəfindən  polkovnik-leytenanta verilən təltiflərdən, ailəsinə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları 44 günə darmadağın etdi və  məğlub olduğunu etiraf edən düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi.  Bu, Azərbaycan hərb tarixinin ən parlaq  və şanlı səhifəsi idi.

44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Vidadi Xəlilov kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar.Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcu olduğunu diqqətə  çatdırıblar.

Daha  sonra  şəhidimizin  anası Əminə Məmmədova çıxış  edərək şəhid  övladı  ilə  bağlı öz təəssüratlarını bölüşüb.Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirib.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Xatırladaq ki, polkovnik-leytenant Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edərək, Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub.Göyçay  Şəhidlər Xiyabanında dəfn olunub.

Vidadi Xəlilov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul