18 Oktyabr 2024 09:12

“Baku TV” peyk yayımına başladı

Azadsöz.az xəbər verir ki, 2018-ci ildə təsis edilmiş “Baku TV” internet televiziya kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyindən (“Azərkosmos”) məlumat verilib.

Xatırladaq ki, ölkəmizin əksər telekanalları, o cümlədən “AzTV”, “CBC Sport”, “CBC Azerbaijan”, “İdman Azərbaycan”, “İctimai TV”, “ATV”, “Real TV”, “Space TV”, “MTV Azerbaijan” 2013-cü ildə orbitə buraxılmış “Azerspace-1” telekommunikasiya peyki vasitəsi ilə yayımlanmaqdadır.

grandpashabet alefbahis istanbul travesti