08 Sentyabr 2024 03:31

Arif Hüseynov təltif edildi-SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, A. Hüseynov Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.