Azadsöz.az xəbər verir ki, sertifikatlaşdırma prosesinin müsahibə nəticələri açıqlanıb.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
Qeyd olunub ki, 8 sentyabr tarixində keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1 376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. 14 oktyabr tarixinədək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21 883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21 784 nəfəri uğur qazanıb.
Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.
Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq. Bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.