22 Noyabr 2024 22:07

Şəhid Qismət Qasımovun şəhadətə qovuşmasının üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qismət Yolçu oğlu Qasımovun şəhadətə qovuşmasının üçüncü ildönümü Şıxbəy kənd  qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Anım  mərasimində çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Mərasimdə  çıxış  edənlər bildiriblər ki,  2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gün başladıq. 44 gün davam edən savaşda Azərbaycan Ordusu, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı.Cəsur, igid Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan bir an belə çəkinmədilər. Ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Qasımov Qismət Yolçu oğlu 05.03.1993-cü il tarixdə Göyçay rayonunun Şıxbəy kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi  təlimlərə cəlb edilmişdir. 25 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul