Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qismət Qasımovun şəhadətə qovuşmasının üçüncü ildönümüdür.Qismət Yolçu oğlu Qasımov 1993-cü ildə martın 5-də Göyçay rayonunun Şıxbəy kəndində anadan olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində könüllü iştirak edib..Oktyabrın 25-də Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.Göyçay rayonunun Şıxbəy kəndində dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən Qismət Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev