22 Noyabr 2024 21:06

“3+3” formatında növbəti görüş Türkiyədə keçiriləcək

Azadsöz.az xəbər verir ki, Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə baş tutacaq.

Bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra deyib.

“Tərəflər razılaşıblar ki, iştirakçı ölkələrin hər biri xüsusi nümayəndə təyin edəcək. Daha sonra bütün bunları türkiyəli həmkarlarımız koordinasiya edəcək və təxminən gələn ilin birinci yarısında nazirlərin ikinci toplantısına ev sahibliyi edəcəklər”, – deyə Lavrov bildirib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul