Azadsöz.az xəbər verir ki, Yaponiyanın rəqabətə nəzarət orqanı, Ədalətli Ticarət Komissiyası (JFTC) Google-un axtarış sistemində fəaliyyətində antiinhisar qanunlarını pozub-pozmadığını araşdırır.
Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Google-a qarşı oxşar araşdırmalar Amerika və Avropa hökumətləri tərəfindən də başlayıb. Yapon nəzarətçisi üçün problem odur ki, Google gəlirlərinin bir hissəsini Android smartfon istehsalçılarına öz smartfonlarında rəqabət aparan axtarış sistemləri quraşdırmamaq şərti ilə qaytarıb.