Azadsöz.az xəbər verir ki, Argentina millisinin üzvü Papu Qomes iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Buna səbəb “Montsa”nın yarımmüdafiəçisinin antidopinq qaydalarını pozmasıdır.
Ötən ilin noyabrında “Sevilya”da çıxış edərkən Qomesin dopinq-testində qadağan olunmuş maddə aşkar edilmişdi. İdmançı iddia edir ki, həmin vaxt özünü pis hiss edib və həkimlərlə məsləhətləşməzdən əvvəl övladı üçün nəzərdə tutulan öskürək siropu içib.
Qeyd edək ki, Papu Qomes Argentina millisinin heyətində DÇ-2022-nin qalibi olub.