23 Noyabr 2024 08:51

Fransa “demokratiyası” – Qanlı keçmiş, müstəmləkə, zorakılıq

Azadsöz.az xəbər verir ki, Avropada özünü demokratiyanın carçısı və müdafiəçisi kimi təqdim edən, kənar dövlətlərə insan haqları dərsi keçməyə çalışan Fransa özü bu mövzuda sinifdə qaldığını gözardı edir.

Bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. İlk dəfə Azərbaycanda yaradılan bu qrup müasir dövrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Fransanın müstəmləkəçi kimliyini gizlətməyə çalışmasına rəğmən bugün keçirilən konfransda səsləndirilən fikirlər onun əsl simasını ortaya qoyur. Qanlı yollarla müstəmləkəsinə çevirdiyi ölkələrdə insanlardan öncə onların hüquqlarını, azadlıqlarını öldürür və bunu normal hal kimi qəbul etdirməyə çalışır. Fransa müstəmləkə altında saxladığı ölkələrdə xalqların öz dillərindən istifadəyə, təhsilə qadağa qoyur, həmin xalqın tarixinin gələcək nəsilə ötürülməsinə əngəllər törədir. Müstəmləkə dövlətlər bunu dinc yolla həll etmək, azadlıqlarına qovuşmaq istəsələr də, Fransa onlarla dialoqu rədd edir. Onlara muxtariyyət təklif edir, lakin öz qanunları çərçivəsində.

Bütün bunlarla yanaşı, 2 iyul 1966-ci ildə ilk dəfə Fransa Tahitidə ilk nüvə silahını sınaqdan keçirib. Bu günə qədər 193 sınaq həyata keçirilib. Bunun nəticəsində əhali ağır xəstəlikdən əziyyət çəkir. Fransa isə riyakarcasına rasizm nümayiş etdirərək bu xəstəliyin həmin xalqa məxsus genetik xəstəlik olduğunu bildirir. Bütün insani dəyərlərdən uzaq, qaraüzünü gizlətməyə çalışan Fransa unudur ki, ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır.

Paradoksal haldır ki, müstəmləkəsinə çevirdiyi ölkələrdə insan hüquq və azadlıqlarını heçə sayan, Fransa Qarabağdakı separatçılara daima dəstək olub, özünü onların “hüquq müdafiəçisi” elan edib.

Əsrlədir müstəmləkə, bölücü siyasətini davam etdirən, əsarətində olan dövlətlərin xalqlarını tanımayan, onları insan kimi görməyən və buna görə utanmayan, üzr istəməyən Fransa Cənubi Qafqazda hüquq carçılığı edir. Qarabağ ermənilərinin haqq və hüquqlarını qorumağa çalışır.

Lakin həqiqətlər heç zaman gizli qalmır. Reallıq ondan ibarətdir ki, Azərbaycan multikultural dövlətdir və burada etnik və milli azlıqlar bərabərhüquqlu şəkildə yaşayır. Qarabağ da Azərbaycan torpağıdır və orada yaşayan etnik ermənilər Azərbaycan vətəndaşıdır. Bu halda onların haqq və hüquqlarını təminatçısı Azərbaycan dövlətidir. Qanlı müstəmləkə,zorakılıq, tarixinə sahib Fransa yox.

Adı zorakılıq, insan hüquqlarını pozulması, irqçilik ifadələrinin sinonimi olan bir ölkə Azərbaycanı ayrı-seçkilikdə, etnik təmizləmədə, günahlandıran bölgədə sülh və sabitliyin olmaması üçün hər vəchlə çalışır.

Əslində keçmişində belə qara ləkə olan bir ölkənin elə oxşar tarixə malik olduğu Ermənistana dəstək olması, Qarabağ ermənilərindən istifadə edərək öz “demokrat” kimliyini bərpa etməyə çalışması heç də təəccüblü deyil. Çünki Fransa üçün sabitlik, ədalət və demokratiya anlayışı yalnız öz maraqlarının qorunması, bunun üçün də müstəmləkə ölkələrində insanları öldürmək, onları istismar etməkdir. Makron hakimiyyəti öz əldəqayırma ədalətini Cənubi Qafqaz regionuna yeritməyə çalışır.

Avropada özünü demokratiyanın carçısı və müdafiəçisi kimi təqdim edən, kənar dövlətlərə insan haqları dərsi keçməyə çalışan Fransa özü bu mövzuda sinifdə qaldığını gözardı edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul