29 Noyabr 2024 14:49

Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır

Azadsöz.az xəbər verir ki, əvvəllər kadr çatışmazlığından irəli gələrək, məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, din xadimlərinin təyinatı komitə tərəfindən həyata keçirilir.

“Eyni zamanda, həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmaları İdarəsinə ötürülür. Ali və orta dini təhsili olan şəslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığından irəli gələrək məscidlərdə çalışanların əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərin əvəz olunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır”.

M.Qurbanlı əlavə edib ki, məscidlərə dini ayinləri yerimə yetirmək üçün qadınlar da təyin edilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul