22 Noyabr 2024 15:02

Məşhur meyxanaçı hakim qarşısına çıxarılacaq

Azadsöz.az xəbər verir ki, külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (“Mahir Ay Brat”) cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses oktyabrın 31-nə təyin edilib.

İş hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdıracaq.

Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

İstanbul trv istanbul travestileri