Azadsöz.az xəbər verir ki, qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Xətai Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bu gün 1971-ci il təvəllüdlü Arif Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
xxx
16:58
Bakıda 52 yaşlı kişini qardaşı oğlu öldürüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən A.Fətullayevin qardaşı oğlu 1984-cü il təvəllüdlü Fətullayev Elməddin Yunis oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
xxx
16:20
Oktyabrın 17-də saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.