Azadsöz.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev “facebook”da paylaşım edib.
“”Sehrli xalat” filminin baş qəhrəmanlarını 60 il sonra bir araya gətirdik! Özü də sehrli xalatın ətrafında! Rəşid (Azər Qurbanov), Zərifə (Solmaz Hətəmova), Eldar (Yusif Şeyxov) və Arif (Nazim Mustafayev)!”, – deyə jurnalist bildirib.
Qeyd edək ki, ABŞ-da yaşayan Azər Qurbanov (Rəşid) toplantıya onlayn qatılıb.