Azadsöz.az xəbər verir ki, İsrail Qəzzada uşaq xəstəxanasını fosfor bombası ilə vurub.
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, vurulan xəstəxana “dərhal təxliyə edilib”.
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Qəzzada bir uşaq xəstəxanasına fosfor bombası ilə hücum edildikdən sonra boşaldıldığını açıqlayıb.
Anadolu Agentliyinin ərəb xidmətinin məlumatına görə, İsrail qüvvələri Qəzza zolağının şərqində yerləşən Əl-Durrah Uşaq Xəstəxanasını ağ fosfor bombaları ilə hədəfə alıb və xəstəxana təcili olaraq boşaldılıb.