Azadsöz.az xəbər verir ki, “Yeşilçam” və türk kinosunun ulduzu, məşhur aktyor Kemal Sunalın 1984-cü il model “Mercedes” markalı avtomobili satışa çıxarılıb.
Avtomobilin indiki sahibi giresunlu Ahmet Yılmaz “Mercedes”in qiymətini açıqlamayıb.
A. Yılmaz bu avtomobili 2007-ci ildə dostu vasitəsilə alıb.
“2007-ci il İstanbulda yaşayan bir dostum vasitəsilə avtomobili aldım. Kamal Sunala məxsus olduğunu bilmirdim. Bunu biləndə çox sevindim və o gündən etibarən maşına qulluq etdim.O vaxtlar çox adam almaq istəyirdi amma satmaq ağlıma gəlməzdi. Mərhumun xatirəsini qoruyub onun maşınını sürməyin xoş hisslərini yaşadım. Amma indi satmaq qərarına gəldim. Avtomobili alan Kamal Sunalın mənəviyyatına hörmət etməlidir”, – deyə o, yerli KİV-ə açıqlamasında deyib.