Azadsöz.az xəbər verir ki, Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda Adrian Krusla (İspaniya) üz-üzə gəlib.
Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 Azərbaycan boksçusu rinqə çıxacaq. Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5) Lounes Hamraoui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya) və Eldar Quliyev (86 kq) Aleksey Alfiorovla (Belarus) döyüşəcək.