Azadsöz.az xəbər verir ki, noyabrın 15-də İsrail və İsveçrə milli komandaları arasında 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə oyunu keçiriləcək.
Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Oyunun məkanı daha sonra təsdiqlənəcək.
Qeyd edək ki, oktyabrın 8-də UEFA ayın 12-də İsraildə keçirilməli olan oyunun təxirə salındığını açıqlamışdı. Oktyabrın 15-də Priştinada Kosovo və İsrail yığmaları arasında matçın keçirilməsi planlaşdırılır.
Altı turdan sonra isveçrəlilər, rumınlar, belaruslar və andorralıların da yer aldığı I qrupda israillilər 11 xalla üçüncü yerdədir. İsveçrə yığması 14 xalla liderdir.