19 Sentyabr 2024 20:10

Emin Ağalarov Bakıda konsert verəcək

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycanın xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında ənənəvi qış konserti ilə çıxış edəcək. 

Bu barədə ifaçının mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, dekabrın 8-də müğənni tamamilə yeni proqramla böyük solo konserti təqdim edəcək.

Proqrama yeni işıq üzü görəcək ingilis dilindəki albomdan mahnılar, eləcə də yeni aranjimanda səslənəcək rus dilində hitlər daxildir: “MMM”, “Angel Bes”, “Otpusti i leti”,” Zabıt tebya” və s.

Biletlər artıq satışdadır və onları saytdan, proqram əlavəsindən, eləcə də iTicket.Az kassalarından əldə etmək mümkündür.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com