Azadsöz.az xəbər verir ki, İsrail və HƏMAS arasındakı toqquşmalar nəticəsində zərərçəkən israillilərin sayı 2382 nəfərə yüksəlib.
Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaralılar xəstəxanalara yerləşdirilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.