Azadsöz.az xəbər verir ki, 1992-ci ildə işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsi götürülüb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Sözügedən tank Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Birinci Qarabağ müharibəsindən sonra isə bərpa edilərək, Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.