Azadsöz.az xəbər verir ki, bu gündən etibarən İran Azərbaycan və Ermənistana və əks istiqamətdə bütün uçuşları dayandırıb.
Bunu İranın Mülki Aviasiya Təşkilatının sədri Məhəmməd Məhəmmədibəxş deyib.
M.Məhəmmədibəxşin sözlərinə görə, bölgədəki şəraiti nəzərə alaraq, uçuşlar məlumat verilənədək təşkil olunmayacaq:
“Uçuşların dayandırılması ilə bağlı qərar sərnişinlərin təhlükəsizliyi və təhlükəsiz şəkildə uçuşların təşkil olunması ilə əlaqədar verilib. Bilet alan sərnişinlərin qaydalar çərçivəsində biletlərinin geri qaytarılacaq”.