20 Sentyabr 2024 01:54

İnzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Azadsöz.az xəbər verir ki,  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

DİM-dən bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək imtahan saat 10:00-da başlanacaq.

Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Qeyd edək ki, imtahana qeydiyyat avqustun 17-dən sentyabrın 14-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com