Azadsöz.az xəbər verir ki, Göyçay Dövlət Peşə Liseyində 15 Sentyabr “Bilik Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Liseyin direktoru vəzifəsini icra edən Günel Əhmədova, müəllim heyəti və tələbə kollektivi, xüsusilə də, bu il peşə liseyinə qəbul olunmuş I kurs tələbələri iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Mərasimdə liseyin rəhbərlikləri çıxış edərək mühəndis pedaqoji heyəti və bütün tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıblar.
Daha sonra bütün siniflərdə ilk dərslər ” Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr edilibdir.