26 Noyabr 2024 16:41

Tarif Şurasının yeni qərarı dərman qiymətlərinin aşağı düşməsinə imkan verəcək – Deputat

Azadsöz.az xəbər verir ki,     dərman vasitələrinin qiymətinin yuxarı həddinin müəyyən edilməsi bu sahədə əlverişli rəqabət mühitinin formalaşmasına imkan verəcək. Əlverişli rəqabət mühiti isə dərman vasitələrinin həm çeşid sayının çoxaldılmasına, həm keyfiyyətin artırılmasına, həm də qiymətlərin aşağı düşməsinə imkan verəcək.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli fərmanı ilə “Dərman vasitələri haqqında” qanunda və bu qanunun tətbiqi barədə fərmanda dəyişiklik edilib.

“Bu dəyişikliklərdə dərman vasitələrinə əlçatanlığın təmin olunması, çeşid sayının çoxaldılması, keyfiyyətə nəzarətin artırılması və daha aşağı qiymətə satılması məqsədilə tələblər müəyyənləşdirilmişdi. Bunu nəzərə alaraq Tarif (qiymət) Şurası dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etdi.

Dövlət hər bir qərarı verən zaman insanların rifahını düşünür və bu qərarın da kökündə insanlarımızın sosial rifahına dəstək dayanır. Belə ki, bu qərar əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək. İnsanlarımız bundan sonra dərman vasitələri üçün daha az vəsait xərcləyəcəklər”, – deyə deputat əlavə edib.

A.Hüseynov qeyd edib ki, bu dəyişiklik eyni zamanda ölkəmizə dərman vasitələrinin gətirilməsini və qeydiyyatını asanlaşdıracaq.

“Məlumdur ki, hazırda qeydiyyat prosesi bir qədər uzun, təqribən 9 aydan çox vaxt aparır. Dövlət başçısının müvafiq fərmanında isə maksimum 4 ay ərzində dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi ilə bağlı tapşırıq müəyyənləşdirilib. Bu tapşırığın icra edilməsi ölkəmizdə dərman bolluğunun yaranmasına və çeşid sayının atrmasına imkan verəcək. Belə olan halda isə qiymətlər aşağı düşəcək və eyni zamanda, insanlar dərman vasitələrini daha rahat şəkildə və ucuz qiymətə əldə edəcəklər”, – deyə deputat əlavə edib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib.

Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul