16 Sentyabr 2024 22:58

14 yaşlı qız Bakıdan Masallıya qaçırıldı

Azadsöz.az xəbər verir ki, Eminova Mirvari Tofiq qızı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı – 2009-cu il təvəllüdlü qızı M.N-nin yaşadıqları evdən naməlum istiqamətdə gedib bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.

Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.