Azadsöz.az xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.
AZAL-ın məlumatına görə, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.
Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytından – www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.