16 Sentyabr 2024 23:11

Millimizin oyununun vaxtı dəyişdirildi

Azadsöz.az xəbər verir ki,  DÇ-2024-ün elit-raundu çərçivəsində sentyabrın 20-də keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.

Canlı yayımla əlaqədar matçın start fiti əvvəldən nəzərdə tutulduğu kimi, saat 20:00-da deyil, 18:30-da veriləcək.

Bakı İdman Sarayında baş tutacaq görüş “CBC Sport”la canlı yayımlanacaq.