16 Sentyabr 2024 23:03

Ermənilər yenidən Gədəbəyi atəşə tutdu

Azadsöz.az xəbər verir ki, sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Müdafiə Nazirliyinin  məlumatına görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.