Azadsöz.az xəbər verir ki, 17 iyun 2023-cü il tarixində Göyçay rayonunda polkovnik-leytnant Varis Məcidovun əziz həsr olunmuş şahmat üzrə Göyçay rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin və “Məzunlar Birliyi”-nin təşkilatçılığı ilə 6-16 yaş qrupunda oğlanlar və qızlar arasında şahmat turnirinə start verilib.
Tədbirdə Göyçay rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin (UGİŞM) direktoru Yaşar Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon sektoru Rauf Məmmədov, Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Göyçay rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, Göyçay Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, “Məzunlar Birliyi”-nin həmsədrləri Bariqəm Şirəliyev, Vahid Orucov, əməkdar məşqçi Elxan Hüseynov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Çoşqun İsmayılov, Varis Məcidovun ailə üzvləri, Göyçay rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin pedaqoji kollektivi, şagirdlər, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Göyçay rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin inzibati binasında başlanan tədbirdə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilib, Varis Məcidovun və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan UGİŞM-in direktoru Yaşar Məmmədov bildirib ki, artıq ənənə halını alan şahmat turnirinin keçirilməsində məqsəd məktəbli idmançılar arasında dostluq əlaqələrinin və vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, şahmat idman növünün kütləviliyinin artırılmasıdır.Qeyd edib ki,dörd gün davam edəcək yarış 6-16 yaş qrupları arasında keçirilməsi nəzərdə tutulub.
Daha sonra tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon sektoru Rauf Məmmədov, Göyçay Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, “Məzunlar Birliyi”-nin həmsədrləri Bariqəm Şirəliyev, Vahid Orucov və digərləri çıxış edərək Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şəhər və rayonlarda uşag-gənclər şahmat məktəblərinin tikilib istifadəyə verilməsi Azərbaycan idmanına göstərilə qayğı-diqqətdən xəbər verir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri keçən müddət ərzində dövlət tərəfindən göstərilən dəstək Azərbaycan şahmatçılarının müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəni layiqincə təmsil edərək yüksək nəticələr etməsi buna baris nümunədir.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Məlumat üçün bildirək ki, 1,2,3 yeri tutan şahmatçılar iyunun 20-də Göyçay rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi və “Məzunlar Birliyi”-i tərəfindən mükafatlandırılacaq.