21 Sentyabr 2024 03:49

Kənd təsərrüfatı naziri Göyçayda vətəndaşları qəbul edəcək-TARİX

Azadsöz.az xəbər verir ki, Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov  mayın  12-də saat 09:00-da Göyçay  Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında  Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər  Göyçay  Dövlət Aqrar İnkişaf Mərkəzinə  müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com