02 May 2024 04:58

Fərqliliyimiz Uğurumuzdur

Türkiyədə yenidən güclü zəlzələ -Ölən və Yaralanan var – YENİLƏNİR

Azadsöz.az xəbər verir ki, Türkiyənin cənub-şərqində baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

Bunu vitse-prezidenti Fuat Oktay Ankarada jurnalistlərə açıqlamasında deyib.

F.Oqtay onu da vurğulayıb ki, hazırda Türkiyənin Aralıq dənizi sahillərində sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.