21 Sentyabr 2024 06:44

Natiq Ağayev sahibkarlarla görüş keçirdi-FOTO

Azadsöz.az xəbər verir ki, 17 fevral 2023-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında rayonda fəaliyyət göstərən aparıcı sahibkarla görüş keçirildi.

Keçirilən görüşün əsas məqsədi ölkə başçısı cənab İlham Əliyev tərəfindən sahibkarlara yaradılan şəraitdən səmərəli istifadə edərək fəaliyyətlərinin genişləndirilməsi, problemlərin birgə həlli istiqamətində səylərin artırılması ilə bağlı olubdur.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ilk növbədə sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən məsələlərlə maraqlanmış, rayonun iqtisadi inkişafı, əhalinin gəlirlərinin artırılması məqsədilə vakant yerlərin yaradılması layihələrinə lazımi şərait yaradılacağı və hərtərəfli dəstək göstərilməsi ilə bağlı köməklik olunacağının zəruriliyini qeyd edibdir.

Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, qarşıya çıxan bəzi problemlərın qısa müddət ərzində həll olunması ilə bağlı tapşırıqlar verildi.

Sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətinin inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün müvafiq tövsiyələr verildi.

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com