AFAD-ın məlumatına görə, saat 22.08-də episentri Vanın Bahçesaray rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Yerin 12 kilometr dərinliyində qeydə alınan zəlzələ şəhərin mərkəzində də hiss olunub. Zəlzələ ilə bağlı indiyədək heç bir mənfi hadisənin qeydə alınmadığı öyrənilib.