Azadsöz.az xəbər verir ki, 24 yanvar 2023-cü il tarixdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Vətəndaşların müraciətləri dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilib, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlər isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilibdir.
Qeyd edək ki, ümumilikdə qəbul zamanı 60-dan çox rayon sakinlərinin müraciətinə baxılıb, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilibdir.