01 May 2024 23:15

Fərqliliyimiz Uğurumuzdur

Azərbaycanın mədəniyyət nazirinə yeni səlahiyyətlər verilib-FƏRMAN

Azadsöz.az xəbər verir ki, Azərbaycanın mədəniyyət nazirinə yeni səlahiyyətlər verilib.

Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, nazirə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək səlahiyyətləri verilib.

PAGE TOP