Azadsöz.az xəbər verir ki, Özbəkistan Respublikasının bir sıra mədəniyyət xadimləri “Dostluq” ordeni ilə təltif edilirlər.
Bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif edilsinlər:
İsmayılov Haşimjon;
Nəsirli Əli Heydər oğlu;
Urinbayev Kamoliddin Turdimuratoviç”.