02 May 2024 07:58

Fərqliliyimiz Uğurumuzdur

X sinfə qəbul prosesi yekunlaşır-TARİX

Azadsöz.az  xəbər  verir  ki, Peşə və orta ixtisas təhsili müəssisələrinə  sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi 30 noyabr saat 18:00-da yekunlaşacaq. 

Qeyd edək ki, qəbul prosesi  şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada  həyata keçirilir. 

Xatırladaq ki, məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.