02 May 2024 07:05

Fərqliliyimiz Uğurumuzdur

Bakıda daha bir marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Azadsöz.az  xəbər  verir  ki, Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək. Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi” istiqamətində birbaşa gedişi təmin olunacaq.