Azadsöz.az xəbər verir ki, oktyabrın 30-da Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay şəhər sakini olan Fərid Zakir oğlu Mövsümovun və Kürdşaban kəndindən olan şəhid Azər Elnur oğlu Əliyevin ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatı Sabir Hacıyev, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Tədbir məktəblilərin şəhidlərə həsr olunan şeirləri ilə davam etdirilib.