01 May 2024 23:06

Fərqliliyimiz Uğurumuzdur

Türkiyədə zəlzələ olub

Azadsöz.az  xəbər  verir  ki, Türkiyənin Burdur vilayətinin Bucak rayonunda 4,2 bal gücündə yeraltı təkan qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 10:15-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Kandilli Rəsədxanası zəlzələnin gücünü 4,3 bal olaraq hesablayıb.

PAGE TOP