02 May 2024 07:52

Fərqliliyimiz Uğurumuzdur

Bu gün aktyor Elmir Mehdiyevin doğum günüdür

Azadsöz.az xəbər verir ki, bu gün Sumqayıt Dövlət Dram Teatrının  aktyoru Elmir Mehdiyevin doğum günüdür. Elmir Emin oğlu Mehdiyev  1976 -cı il  sentyabrın 25-də Bərdədə  anadan  olub.1983- cü  ildə  Bərdədə  rus məktəbinə gedib.Orta  təhsilinin  bir hissəsini bir rus  məktəbində  digər  hissəsini  isə  başqa  rus  məktəbində  alıb.Uşaq  yaşlarından  musiyə,  incəsənətə  böyük maraq göstərib. Bu  istək elə  onu  musiqi  təhsili  almağa vadar edib.1986- cı ildə Bərdədə  Musiqi  məktəbinə  daxil  olaraq, tar  üzrə  təhsil  alır.1991-ci ildə  musiqi  təhsilini başa  vuraraq, tar  sənətinin  sirlərini  dərində  öyrənib.

1993-cü  ildə  orta məktəbi  başa vurub.1993-1997 ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ”Dram kino aktyorluğu” ixtisası  üzrə  təhsil  alıb.Gənc  aktyor  kimi  sənət  meydanına  atılan  Elmir  Mehdiyev 1998-2002 -ci illərdə Şuşa  teatrında, 2007- ci  ildə Bakı Uşaq tetarında aktyor kimi çalışıb. 2013-cü ildən Sumqayıt Dövlət Dram teatrının aktyoru kimi fəaliyyət göstərir.

Elmir  Mehdiyevin  Sumqayıt Dövlət Dram teatrında  oynadığı rollar:

M.F.Axundzadə “Molla İbrahimxəlil Kimyagər” – Şeyx Salah
M.F.Axundzadə “Hacı Qara” – Kərəməli
A.Şaiq “Qaraca qız” – Meymun
Xalq nağılı “Üç qardaş” – Canavar, Döyüşçü
H.Mirələmov “Vicdanın Hökmü” – Erməni
A.Məlikov “Çarəsiz evlənmək” – Palaz Daşıyan
R.Əlizadə “Sabah çoxdan başlayıb” – Orxan
Firudin Məhərrəmov “ Maskalı düşmən” -Gülbala
M.V.Qoqal  “Çiçikovun sərgüzəştləri” – Petruşka
Hidayət “Burdan min atlı keçdi” – Təlimçi
Qrimm qardaşalrı “Cəsur dərzi” – II əsgər
Jan Anuy “Antiqona” – Keşişçi
Əli Səmədli “Cırtdanın fərasəti” – Cırtdan
Rəhman Əlizadə “Sabah çoxdan başlayıb” -Orxan
Marsel Berkye Marinye “Oğru” – Dədə Şevelyok
Abdulla Şaiq “Tülkü həccə gedir” – Ları xoruz
İsi Məlikzadə “Sultanqulu körpüsü” – Mütəllim
H.X.Andersen “Şahzadənini ulduzu” – Şahzadə, Əcinə