Azadsöz.az-a ehtibarlı mənbələrdən verilən məlumata görə, Göyçay rayon qəzetinin baş redaktoru Anar Nağıyev koronavirusa yoluxub.Evdə müalicə alan jurnalistimizin səhhətində yaxşılığa doğru dəyişiklik olduğu bildirilir.Tezliklə sağalaraq işinə dönəcəyi qeyd olunur.
Qeyd edək ki, Anar Əlişah oğlu Nağıyev Göyçay Gənclər Mərkəzinin direktoru, Parklara xidmət və nəzarət təşkilatının sədri və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Məzahir Əfəndiyevin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb.
Anar Nağıyev hazırda Göyçay informasiya agentliyinin, Nartv saytının və yotube kanalının, Göyçay rayon mətbuat xidmətinin rəhbəri və “Göyçay” qəzetinin baş redaktoru vəzifəsini icra edir.