Azadsöz.az xəbər verir ki, Azərbaycan bəstəkarı, fəlsəfə elmləri doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi koronavirusa yoluxub.COVID-19-a yoluxan Vaqif Gərayzadə hazırda ev şəraitində müalicə alır.
Qeyd edək ki, V.Gərayzadə müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində mahnı və musiqilərin müəllifidir.
Bir sıra beynəlxalq festival və müsabiqələrin laureatı, “Aypara”, “W-trio”, “Şeron”, musiqi qruplarının yaradıcısı, “Şərq ulduzları” və “Şərq çırağı” vokal qruplarının rəhbəri olub.